Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sərbəst güləş üzrə Azərbaycan millisi Dağıstana yollanıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, mundiala daha yaxşı hazırlaşmaq məqsədilə sərbəst güləş üzrə müvafiq komandamız oktyabrın 9-da Dağıstana yola düşüb.
Məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında oktyabrın 23-dək Mahaçqalada yerli komanda ilə birgə davam edəcək təlim-məşq toplanışında 13 güləşçi yer alıb. Hazırlıq prosesinin ilk günlərindən məşqlərdə İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov, Sabir Cəfərov (hər ikisi 65 kq), Əşrəf Aşurov, Davud İbrahimov, Cəbrayıl Hacıyev (hamısı 70 kq), Murad Süleymanov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) iştirak edəcəklər. Həftəsonu Yakutskda keçiriləcək Dmitri Korkin Memorialında çıxış edəcək Hacımurad Hacıyev (74 kq) və Abubakr Abakarov (79 kq) isə turnir başa çatdıqdan sonra təlim-məşq toplanışına qoşulacaqlar.

İdman 2019-10-09 17:21:00