Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Almaniyanın Halle şəhərində naməlum şəxslər insanlara atəş açıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Almaniyanın Halle şəhərində naməlum şəxslərin insanları atəşə tutması nəticəsində iki nəfər həlak olub.
AZƏRTAC “Bild” nəşrinə istinadla xəbər verir ki, şəhər polisinin məlumatına əsasən, hücumu ən azı iki nəfər həyata keçirib, onlardan biri saxlanılıb.
Hazırda hadisənin baş verdiyi əraziyə çox sayda polis qüvvəsi cəlb olunub. Əhaliyə evdən çıxmamaq tövsiyə edilib.
İnsidentin sinaqoq yaxınlığında baş verdiyi, həmçinin yəhudi qəbiristanlığının ərazisinə qumbara atıldığı bildirilir. Hadisə yəhudi dininin əsas bayramlarından biri “Yom Kipur” günündə qeydə alınıb.
Hücum barədə məlumatlardan sonra “Deutsche Bahn” konserni Halle şəhərinin mərkəzi vağzalını bağlayıb və şəhərə gələn qatarlar Leypsiq vağzalına göndərilib.

Dünya 2019-10-09 16:27:00