Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azexport” satış portalının təqdimatı olacaq

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində eksport imkanına malik yerli məhsullar haqqında məlumatlar təqdim edən “Azexport” satış portalının təqdimatı keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, portal dünyanın ən populyar elektron satış şəbəkələri olan “Amazon”, “Alibaba”, “Ebay” kimi internet satış platformaları ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir.
Eyni zamanda, portal Azərbaycanın mədəni və kreativ məhsulları olan rəssamlıq, sənətkarlıq, musiqi, nəşriyyat və digər növ məhsullarının da dünya bazarlarına çıxışı üçün əlverişli imkan yaradır.
Qeyd edək ki, artıq bir çox Azərbaycan istehsalı olan məhsulların bu platformalar vasitəsilə xaricə satışı həyata keçirilir.

Mədəniyyət 2019-10-09 16:02:00