Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Estoniya-Latviya oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

Bakı, 9 oktyabr, AZƏRTAC

FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya-Latviya qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Estoniya-Latviya oyunu oktyabrın 11-də keçiriləcək.

İdman 2019-10-09 15:46:00