Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bəstəkarlar İttifaqında musiqişünas-alimin xatirəsi anılacaq

Bakı, 9 oktyabr, AZƏRTAC 

Oktyabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, fəlsəfə elmləri doktoru, professor, “Qızıl qələm” mükafatı laureatı Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş anım tədbiri keçiriləcək.
Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə musiqişünas-alimin yaradıcılığına nəzər salınacaq, həmçinin onun “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” adlı kitabının təqdimatı olacaq.

Mədəniyyət 2019-10-09 15:26:00