Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Kitab oxuyaq, bilikli olaq” adlı rəsm sərgisi təşkil edilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Akif Qambayzadə adına 148 nömrəli tam orta məktəblə birlikdə “Kitab oxuyaq, bilikli olaq” adlı rəsm sərgisi təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, uşaqlar kitaba, biliyə həsr olunmuş rəsmləri təqdim edərək öz fikirlərini bildiriblər. Kitabxananın şöbə müdiri Nigar Məmmədova şagirdlərin çəkdiyi rəsmləri onlarla birlikdə təhlil edib.
Məktəbin rəsm müəllimi Bahar Əliyeva şagirdlərə gələcək sərgilərdə iştirak üçün bəzi tövsiyələr verib.

Mədəniyyət 2019-10-09 15:21:00