Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İyul-avqust aylarında Gürcüstanın turizmdən gəlirləri təqribən 113 milyon dollar azalıb

Tbilisi, 9 oktyabr, AZƏRTAC

Rusiyanın iyulun 8-dən etibarən Gürcüstana birbaşa aviauçuşları qadağan etməsi nəticəsində qonşu ölkə iyul-avqust aylarında 113 milyon ABŞ dolları itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.
Onun sözlərinə görə, Gürcüstanın turizm sahəsindəki itkiləri sentyabrda da davam edib. Sentyabr ayında Rusiyadan Gürcüstana turist axını 20 faizə qədər azalıb. Bu isə öz növbəsində, özəl sektora, biznes və turizm sənayesinə mənfi təsir göstərib.
M.Kvirivişvili tezliklə Rusiyadan birbaşa aviauçuşların bərpa olunacağına ümid etdiyini bildirib.
O deyib: “Bu istiqamətdə danışıqlar gedir və çox güman ki, müsbət nəticələr əldə olunacaq”.

 

Xətayi Əzizov
AZƏRTAC-ən xüsusi müxbiri
Tbilisi

Turizm 2019-10-09 15:29:00