Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkarlanıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun ixrac piyada gömrük nəzarəti xəttinə daxil olan Özbəkistan vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirilib və şübhəli cizgilər müəyyən olunub. Baxış zamanı xanım vətəndaşın əl çantasının və çamadanının içərisindən gömrük nəzarətinə bəyan olunmayan, üzərindəki qaşları ilə birlikdə ümumi çəkisi 80 qram olan qızıl-zinət əşyaları - 2 cüt sırğa, 3 üzük, 1 boyunbağı, çəkisi 1 qram olan 4 yaşıl rəngli qiymətli daş, 1 ədəd üzərində “Maktain 222083” yazısı əks olunan qol saatı və 1 ədəd lupa aşkarlanıb.
Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zamanı onun sinə nahiyəsində salfetə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən, qaşları ilə birlikdə ümumi çəkisi 117 qram olan 4 üzük, 4 cüt üzük-sırğa dəsti və 1 ədəd boyunbağı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-10-09 15:18:00