Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Milan” klubuna yeni baş məşqçi təyin olunub

Bakı, 9 oktyabr, AZƏRTAC
İtaliyanın “Milan” futbol klubu yeni baş məşqçinin adını açıqlayıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, bu vəzifəyə 53 yaşlı Stefano Pioli gətirilib.
Mütəxəssislə iki il müddətinə müqavilə imzalanıb. İtaliyalı məşqçi yeni klubunda ildə bir milyon avro məvacib alacaq.
S.Pioli daha əvvəl “İnter”, “Latsio” və “Fiorentina” komandalarını çalışdırıb. Mütəxəssis bu vəzifədə Marko Campaolonu əvəzləyib.

İdman 2019-10-09 15:06:00