Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Beynəlxalq Təhsil sərgisi çərçivəsində “Study in Azerbaijan” saytının təqdimatı olacaq

Bakı, 9 oktyabr, AZƏRTAC 

Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi çərçivəsində “Study in Azerbaijan” saytının təqdimatı olacaq.
AZƏRTAC xəbər verir ki, bunu sərginin mətbuat konfransında Təhsil nazirinin müşaviri Elnur Məmmədov söyləyib. O bildirib ki, hazırda Azərbaycanda 6 min 500 xarici tələbə təhsil alır. Onların sayının daha da artırılmasına xüsusi önəm verilir. “Study in Azerbaijan” saytının hazırlanmasında məqsəd Azərbaycanda təhsillə bağlı xarici tələbələri maraqlandıran sualları cavablandırmaqdır.

Elm və təhsil 2019-10-09 14:34:00