Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

DSX: Dənizdə itkin düşmüş balıqçı Vurğun Quliyevin axtarışları davam edir

Bakı, 9 oktyabr, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən “SA-1672” bort nömrəli bayda tipli üzmə vasitəsinin heyət üzvü 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam edir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, üzmə vasitəsinin xilas edilmiş digər üç üzvü müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisə 2019-10-09 14:30:00