Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Komandalar arasında Avropa çempionatında Azərbaycanı beş şahmatçı təmsil edəcək

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Batumidə kişi şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycan yığması da iştirak edəcək. Millimizin kapitanı Eltac Səfərli olacaq. Yığmamızın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov yer alıblar.
Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adını qazanıblar. Komandamız 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medallara sahib olub.

İdman 2019-10-09 13:07:00