Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Azərbaycana rəsmi səfərə gəlib

Bakı, 9 oktyabr, AZƏRTAC
Gürcüstanın Baş Naziri Giorgi Qaxariya oktyabrın 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş Nazir Giorgi Qaxariyanı Azərbaycanın Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Siyasət 2019-10-09 12:20:00