Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Səhiyyə nazirinin müavininin vətəndaşları qəbul cədvəlinə dəyişiklik edilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin bu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq Səhiyyə nazirinin müavini Elsevər Ağayev Zərdab və Ucar rayon sakinlərini oktyabrın 11-də deyil, oktybrın18-də Zərdab Mərkəzi Rayon Xəstəxanasında qəbul edəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların qəbulu səhər saat 11-də başlayacaq.
Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir müavini tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Səhiyyə 2019-10-09 11:35:00