Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Uğurlu neyrocərrahiyyə əməliyyatı nəticəsində qadın sağlamlığına qovuşub

Bakı, 9 oktyabr, AZƏRTAC

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edən 45 yaşlı qadının əsas şikayətləri ani və şiddətli baş ağrısı olub. Baş-beyin tomoqrafiyasında subaraxnoid qansızma aşkar edilib. Təxminən 85-90 faiz hallarda xəstəliyin səbəbi baş-beyin damarlarının qanamış anevrizmasıdır və mütləq angioqrafiya icra edilməlidir.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, subaraxnoid qansızmanın üçüncü günündə neyrocərrah Azər Əkbərov tərəfindən həyata keçirilən açıq əməliyyat nəticəsində anevrizma kliplənib. Bir həftə sonra nevroloji qüsur olmadan evə yazılan qadında keçən günlər ərzində azalan yüngül dərəcəli mentalpozulma izlənilib.

Səhiyyə 2019-10-09 10:45:00