Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qoqolun “Müfəttiş”i növbəti dəfə nümayiş olunacaq

Bakı, 9 oktyabr , AZƏRTAC

Oktyabrın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan ikihissəli “Müfəttiş” tamaşası nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Səhnə əsərində Xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev və digərləri çıxış edəcək.

Teatr və kino 2019-10-09 10:25:00