Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan millisi səfərdə Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək

Bakı, 9 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan millisi səfərdə Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Bəhreyn Milli Stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

İdman 2019-10-09 09:47:00