Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Fransa-Azərbaycan oyununu portuqaliyalı hakimlər briqadası idarə edəcək

Bakı, 9 oktyabr, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa yığmasına qarşı keçirəcək oyununun hakimləri açıqlanıb.
AZƏRTAC AFFA-ya istinadən xəbər verir ki, oyunun baş hakimi portuqaliyalı Antonio Emanuel Karvalho Nobre olacaq. Ona həmyerliləri Nuno Pereira və Bruno Alves Jesus kömək edəcəklər. Dördüncü hakim funksiyasını Helder Malheiro yerinə yetirəcək.
Oktyabrın 10-da Fransadakı "Stade de l'Epopee”də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İdman 2019-10-09 03:29:00