Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

"Araz” futzal klubu Belçikaya yollanıb

Bakı, 8 oktyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək Naxçıvanın “Araz” futzal klubu qrup oyunlarının keçiriləcəyi Belçikaya yollanıb.
AZƏRTAC xəbər verir ki, Bakı-İstanbul-Brüssel reysi ilə Belçikanın paytaxtına çatan Azərbaycan çempionu Halle şəhərinədək avtobusla təxminən 1 saatlıq yol qət edib. “Horizon” hotelində məskunlaşan təmsilçimiz bu gün oyun öncəsi məşqinə Bakı vaxtı ilə saat 22:00-da çıxacaq.
Qeyd edək ki, “Araz” ilk oyununu oktyabrın 9-da təşkilatçı ölkənin çempionuna qarşı keçirəcək. “De Bres Arena”da “Halle Gooik”lə matça saat 22:30-da start veriləcək.

İdman 2019-10-08 20:00:00