×
A
A
A
Sazlamalar

Salyanlı məktəblilər arasında İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə inşa müsabiqəsi keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Salyan rayonunda şagirdlər arasında inşa müsabiqəsi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, bununla əlaqədar təşkil olunan tədbirdə çıxış edən Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov inşa müsabiqəsinin keçirilməsində məqsədin İmadəddin Nəsiminin həyat və yaradıcılığının təbliği, yeniyetmələrin potensiallarının üzə çıxarılması olduğunu bildirib.
Müsabiqənin yekununda qaliblər və fərqlənən iştirakçılar Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Sosial 2019-10-08 19:38:00