Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın hədiyyəsi Ankarada Şahmat Muzeyinin kolleksiyasını daha da zənginləşdirib

Ankara, 8 oktyabr, AZƏRTAC

Ankarada fəaliyyət göstərən Gökyay İdman və Mədəniyyət Vəqfi tərəfindən 2015-ci ildə yaradılan Şahmat Muzeyi Türkiyədə bu qəbildən yeganə, dünyada isə çox az sayda məkanlardan biridir. Ötən dövrdə muzeydə 110 ölkədən bir-birindən fərqli 707 şahmat dəsti toplanıb. Muzeydəki sonuncu şahmat taxtası bu il oktyabrın 4-də Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən muzeyə hədiyyə olunub. “ABAD” (Ailə Biznesinə ASAN Dəstək) tərəfindən hazırlanan şahmat dəsti nadir dizaynı ilə göz oxşayır. Azərbaycanın bu qiymətli hədiyyəsi muzeyin kolleksiyasını daha da zənginləşdirib.
AZƏRTAC Ankara Şahmat Muzeyindən Fotosessiya və videomaterialı təqdim edir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

İdman 2019-10-08 17:22:00