Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın U-19 komandası albaniyalı həmyaşıdlarına qalib gəlib

Bakı, 8 oktyabr, AZƏRTAC

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə qrup mərhələsində sonuncu oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Portuqaliyadakı “Cidade Desportiva do SC Braga” stadionunda Albaniya yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə rəqibi məğlub edib.
Millimiz Portuqaliya və Almaniya komandaları ilə görüşdə 0:6 hesabı ilə məğlub olub.
Xatırladırıq ki, millimiz seçmə mərhələni üçüncü yerdə başa vurub.

İdman 2019-10-08 18:10:00