Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tovuz rayon sakinindən narkotik maddə götürülüb

Bakı, 8 oktyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tovuz Rayon Polis Şöbəsi və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Y.Ramazanovdan 492 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-10-08 17:59:00