Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Basklar ölkəsi 2023-cü ildə “Tur de Frans” velosiped yürüşünü qəbul etməyə hazırlaşır

Madrid, 8 oktyabr, AZƏRTAC

“Tur de Frans” velosiped yürüşü ilk dəfə 1992-ci ildə San-Sebastyandan start götürüb.
AZƏRTAC xəbər verir ki, Basklar ölkəsi 2023-cü ildə dünyanın ən tanınmış və nüfuzlu velosiped yürüşünə – “Tur de Frans”a ev sahibliyi etməyə hazırlaşır.
Bunu Bask hökumətinin prezidenti İnyiqo Urkullu və Fransanın Bayonna şəhərinin meri Jan-Rene Etçeqaray birgə mətbuat konfransında bəyan ediblər. Tədbirin start götürəcəyi şəhər və mərhələlərin marşrutları hələlik müəyyən olunmayıb.
Hazırda Bilbao şəhərinin namizədliyi nəzərdən keçirilir. Bu şəhər ən ağlabatan başlanğıc nöqtə sayılır, çünki Biskayya vilayətinin paytaxtı ya turizm, ya da velosiped yürüşlərinin start götürməsi məqsədi ilə illər boyu “Tur de Frans” marşrutunun bir hissəsi olmaq üzərində çalışıb.
Basklar ölkəsi son illərdə əsas etibarilə Bilbaoda iri idman tədbirləri keçirir. Bilbaodakı San-Mames futbol stadionu ötən il reqbi üzrə iki böyük Avropa finalının arenasına çevrilib, 2020-ci ildə futbol üzrə Avropa Kuboku matçlarının keçiriləcəyi stadionlardan biri olacaq.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

İdman 2019-10-08 17:45:00