Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ustad dərsi təşkil olunub
Bakı, 8 oktyabr, AZƏRTAC
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisası üzrə təhsil alan tələbələrə Azərbaycan Milli Kulinariya Assosiasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ustad dərsi təşkil olunub.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ustad dərsinin təşkilində məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrdə praktik bacarıqları da inkişaf etdirməkdir. Tələbələrə ustad dərsini Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, İslam Kulinariya Çempionatının qalibi Arzu Həsənova və Azərbaycan Milli Kulinariya Mərkəzinin texnoloqu Nailə Kərimova keçiblər.
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib