Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kataloniya klubu baş məşqçisini istefaya göndərib

Bakı, 8 oktyabr, AZƏRTAC
İspaniyanın “Espanyol” futbol klubu baş məşqçisi David Qaleqonu istefaya göndərib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna komandanın La Liqada uğursuz çıxışı səbəb olub.
Qeyd edək ki, “Espanyol” ölkə çempionatında 5 xalla 19-cu pillədə qərarlaşıb.

İdman 2019-10-08 17:34:00