Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xəzər dənizində itkin düşən balıqçıların axtarışına FHN-in helikopteri cəlb edilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında Pirallahı rayonundan balıq tutmaq məqsədilə dörd balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub. Aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.

Hadisə 2019-10-08 17:28:00