Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxana “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda təlim keçirəcək

Bakı, 8 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində oktyabrın 14-dən AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün iş yerlərində “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda təlim keçirəcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məruzəçi MEK-in İnnovasiyaların hazırlanması və tətbiqi bölməsinin müdiri, EILF.net-in Azərbaycan Respublikası üzrə milli əlaqələndiricisi Cəmilə Yusifovadır.
Təlim “Müasir rəqəmsal kitabxanaların işləmə mexanizmləri. EBSCOhost nəşriyyatının təqdimatı”, “Mərkəzi Elmi Kitabxanada açıq elektron resurslardakı tammətnli məqalələrdən elmi araşdırmalar üçün istifadə imkanları”, “Beynəlxalq nəşriyyatlarda məqalələrin nəşri üçün jurnal seçimi üzrə məlumatlandırma” mövzularını əhatə edəcək.

Elm və təhsil 2019-10-08 17:21:00