×
A
A
A
Sazlamalar

Fərid Cəfərov: Əməkhaqqının subsidiyası proqramı gələn ildən etibarən həyata keçiriləcək

Bakı, 8 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin məşğulluğu ilə bağlı əməkhaqqının subsidiyası proqramını elan edib. Proqram Dövlət Məşğulluq Xidməti ilə razılaşdırılma mərhələsindədir. Hazırda maliyyələşmənin mexanizmi üzərində iş gedir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov jurnalistlərə açıqlamasında deyib.
“Düşünürəm ki, gələn ilin əvvəlindən həmin layihə həyata keçiriləcək. Proqram çərçivəsində maliyyələşdiriləcək gənclərin sayı daxil olacaq vakansiyalardan asılıdır. Qaydalara əsasən Gənclər Fondu tərəfindən müəyyən limitlər müəyyənləşdirilib. Limitlər maliyyələşəcək vəsaitin həcmi və müddəti ilə bağlıdır. Həmin müddət maksimum bir il olmalı, vəsait isə ümumi əməkhaqqının yarısından çox olmamalıdır, yəni ölkəmizdəki orta əməkhaqqı civarında təşkil etməlidir. Ümumilikdə proqrama maraq böyükdür və müraciətlər çoxdur”, - deyə F.Cəfərov qeyd edib.

Sosial 2019-10-08 17:15:00