Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sabunçu rayonunda paytaxt sakininin çantasından tapança və patronlar aşkarlanıb

Bakı, 8 oktyabr, AZƏRTAC
Əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 7-də Sabunçu rayonundakı inzibati binaların birində Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsilə baxış zamanı oradan pnevmatik tapança və ona aid üç patron aşkarlanaraq götürülüb və müvafiq araşdırmaların aparılması üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə təhvil verilib.
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mıxlıqovaq kənd sakini S.Abdulhüseynovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Hadisə 2019-10-08 17:08:00