Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sumqayıtda “Mercedes” markalı avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakı, 8 oktyabr, AZƏRTAC 

Sumqayıt şəhərinin Koroğlu küçəsində yolu keçən şəhər sakini Yavər Əmiraslanovu həmyerlisi Ə.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2019-10-08 16:30:00