Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bütün yürüşçülərin “Ferrari”nin heyətində çıxış etmək arzusu Hemiltonun xoşuna gəlməyib

Bakı, 8 oktyabr, AZƏRTAC 

“Mercedes” komandasının pilotu Luis Hemilton Formula 1 çempionatının bütün yürüşçülərinin karyeralarının bu və digər mərhələlərində “Ferrari”nin heyətində çıxış etməyi arzulamaları barədə ümumi qəbul olunmuş rəyi şərh edib.
AZƏRTAC xəbər verir ki, Hemilton Formula 1 çempionatına 2007-ci ildə gəlib və 2012-ci il mövsümü də daxil olmaqla “McLaren” komandasında çıxış edib. O, “McLaren”in heyətində 2008-ci ildə dünya çempionu adını qazanıb və sonra daha dörd dəfə - 2014, 2015, 2017 və 2018-ci illərdə mövsümün yekununa görə ən güclü pilot olub.
“Bir çoxları üçün “Ferrari”nin heyətində çıxış etmək onların karyeralarında ən başlıca arzusudur. Bu, mənim xoşuma gəlmir. Mən 13 yaşımdan “Mercedes” ailəsinə məxsusam. Bu, çətin ki, dəyişilsin”, - deyə “GPFans” Hemiltonun bu sözlərini sitat gətirir.
2019-cu il mövsümünün başa çatmasına 5 mərhələ qalmış Hemilton şəxsi hesabda liderdir, “Mercedes”in digər pilotu Valtteri Bottası 73 xal üstələyir.

İdman 2019-10-08 16:19:00