Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan badmintonçularının “Bahrain International Series 2019” turnirindəki rəqibləri bəlli olub

Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 9-dan 13-dək Bəhreynin Madinət-İsa şəhərində keçiriləcək “Bahrain International Series 2019” turnirində Azərbaycan badmintonçularının rəqibləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edəcəklər. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq E.R.Dviçayo hindistanlı Nikhit Laxmanla üz-üzə gələcək. Digər badmintonçumuz E.Qovımuramadhoni isə avstraliyalı Yakob Şueler və hindistanlı Anay Şirpurkar duelinin qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirə 55 badmintonçu dəvət olunub.

İdman 2019-10-08 16:16:00