Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının toplantısında AzTU-nun nümayəndəsi iştirak edib
Bakı, 8 oktyabr, AZƏRTAC
İran İslam Respublikasının Gilan Universitetinin ev sahibliyi ilə keçirilən Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXII Baş Assambleyasının növbəti toplantısında Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva iştirak edib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan, İran, Rusiya və Qazaxıstandan 35-dək universitetin nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Assosiasiyanın 2018-2019-cu illərdə görülmüş işlərinə dair hesabatlar dinlənilib və qarşıda duran məsələlər müzakirə olunaraq tədbirlər planı hazırlanıb.
Səfər çərçivəsində tədbirdə iştirak edən bir neçə müəssisənin nümayəndələri ilə AzTU arasında danışıqlar aparılıb və əməkdaşlıq müqaviləsinin imzalanması üçün ilkin razılıq əldə olunub.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır