Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan gimnastı Mixail Malkin dünya kuboku yarışlarında zədələnib

Bakı, 8 oktyabr, AZƏRTAC

İspaniyanın Valladolid şəhərində batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə dünya kuboku yarışları keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi batut gimnastikası və tamblinq üzrə yığma komandanın üzvləri İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və Mixail Malkin təmsil ediblər.
Turnirdə tamblinq üzrə təmsilçimiz Mixail Malkin final hərəkətlərini icra edərkən zədə alıb və mübarizəni dayandırmaq məcburiyyətində qalıb. Təəssüflər olsun ki, Avropa çempionumuz zədə səbəbindən noyabrın 28-dən dekabrın 1-dək Yaponiyanın paytaxtı Tokioda keçiriləcək batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə dünya çempionatında iştirak edə bilməyəcək.
Batutçularımız isə çıxışları zamanı yol verilmiş səhvlərə görə final mərhələsinə adlaya bilməyiblər.

İdman 2019-10-08 15:29:00