Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Lion” klubu baş məşqçisi ilə yollarını ayırıb

Bakı, 8 oktyabr, AZƏRTAC
Fransanın “Lion” futbol klubu baş məşqçisi Silvinyo ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, 45 yaşlı braziliyalı mütəxəssis komandanın Fransa çempionatında uğursuz çıxışı səbəbindən istefaya göndərilib. Baş məşqçi vəzifəsini müvəqqəti olaraq Silvinyonun köməkçisi Jeral Batiklin yerinə yetirəcək.
Qeyd edək ki, Lion təmsilçisi ölkə çempionatında 9 turdan sonra 9 xalla 14-cü pillədə qərarlaşıb.

İdman 2019-10-08 13:54:00