×
A
A
A
Sazlamalar

Qaxda baş vermiş partlayışda xəsarət alanların həyatı üçün təhlükə yoxdur

Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də səhər saatlarında Qaxda partlayış baş verib. Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq işləri görən zaman naməlum səbəbdən partlayış baş verib. Baş verən partlayış nəticəsində 6 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər. Onlardan dördünün vəziyyəti yüngül, ikisinin vəziyyəti isə orta-ağır stabildir.
Qax MRX-nın həkimlərinin bildirdiyinə görə, partlayışda xəsarət alanların həyatı üçün təhlükə yoxdur.

Səhiyyə 2019-10-08 13:26:00