Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın U-19 komandası albaniyalı həmyaşıdları ilə qarşılaşacaq

Bakı, 8 oktyabr, AZƏRTAC

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə qrup mərhələsində sonuncu oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, saat 14:00-da Portuqaliyadakı “Cidade Desportiva do SC Braga” stadionunda Albaniya yığması ilə keçiriləcək görüşü kiprli baş hakim Loanna Allayiotou idarə edəcək. Ona həmyerlisi Dora Myriantea və portuqaliyalı Andreia Sousa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Teresa Alice Pimenta Oliveira (Portuqaliya) yerinə yetirəcək.
Millimiz Portuqaliya və Almaniya komandaları ilə görüşdə 0:6 hesabı ilə məğlub olub.

İdman 2019-10-08 13:19:00