Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Mercedes-Benz Viano” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda-qapı örtüyünün iç hissəsindən üzərində “Çistıe Rosı” yazılan 11 ədəd 700 millilitrlik spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-10-08 13:07:00