Yol polisi əməkdaşları vətəndaşın həyatını xilas ediblər VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları vətəndaşın həyatını xilas ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları ərazidə xidmət apararkən avtomobili nasaz vəziyyətdə olan vətəndaş onlardan kömək istəyərək maşında bir qadının özünü pis hiss etdiyini bildirib. Polis əməkdaşları dərhal həmin qadını xəstəxanaya çatdırıblar. Tibbi yardım göstərildikdən sonra qadının səhhəti normallaşıb.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb