×
A
A
A
Sazlamalar

“Binə” Ticarət Mərkəzində yanğınla bağlı müraciət edənlərə lazımi tibbi yardım göstərilib

Bakı, 8 oktyabr, AZƏRTAC

“Binə” Ticarət Mərkəzində yanğın baş verib. Tüstülənməyə görə saat 01:10-da Təcili Tibbi Yardıma çağırış daxil olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib.
Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib və lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Səhiyyə 2019-10-08 12:57:00