Azərbaycanlı alim beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Bakı, 8 oktyabr, AZƏRTAC
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini Qoşqar Məmmədov Moldova Respublikasının paytaxtı Kişineuda keçirilən “Şərqi Avropa qaratorpaqları - V.Dokuçayevdən 140 il sonra” beynəlxalq elmi konfransında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın açılış mərasimi və sessiya iclasları Moldova Dövlət Universitetində keçirilib. Q.Məmmədov tədbirdə “Azərbaycan quru subtropiklərində gübrələmə sisteminin tərəvəz bitkilərinin məhsulu ilə qida elementlərinin aparılmasına təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, məruzə ilə bağlı sualları cavablandırıb.
Konfransın ikinci günü azərbaycanlı alim Moldovanın Torpaqşünaslıq Aqrokimya və Torpaq Mühafizəsi İnstitutunun “İvansea” təcrübə sahəsində adi qaratorpaqlarda və kənd təsərrüfatı əkin sahələrində tipik qaratorpaqlarda qoyulmuş kəsimlərin nümayişində və təsvirində iştirak edib. Tədbir faydalı əməkdaşlıq şəraitində başa çatıb.
“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı
BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans
İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib
Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib