×
A
A
A
Sazlamalar

Dünya üzrə aktiv qazma qurğularının sayı azalıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Sentyabrda beynəlxalq aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, sentyabrda avqustla müqayisədə beynəlxalq aktiv neft və qaz qazma qurğularının sayı 7 ədəd geriləyərək 1131 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə qazma qurğularının sayı 127 ədəd artıb.
Sentyabrda dənizlərdəki qazma qurğularının sayı 242 olub və avqustla müqayisədə 2 ədəd, keçən ilin eyni ayına görə 38 ədəd artıb.
Ötən ay dünya miqyasında qurğuların sayı 2141 olub, avqusta görə 65 və 2018-ci ilin sentyabrı ilə müqayisədə isə 117 ədəd azalıb.

Neft - qaz 2019-10-08 12:53:00