×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxanaya ötən ay 1315 nüsxə sənəd daxil olub

Bakı, 8 oktyabr , AZƏRTAC

Sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) müxtəlif dillər və elmlər üzrə 1315 nüsxə sənəd daxil olub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, sənədlər kitabxana-xidmət şöbəsinin kataloqlaşdırma və sistemləşdirmə bölməsi tərəfindən sistemləşdirilib, kitabxana təsnifatına əsasən elm sahələri (UOT və KBT) qeyd olunub.
Qeyd edək ki, MEK-də, həmçinin müxtəlif qurumların müraciətinə əsasən kitabxana təsnifatına uyğun elm sahələrinin qeyd olunması prosesi (ödənişli şəkildə) həyata keçirilir.
Mövzu üzrə daha ətraflı məlumatı MEK saytından www.mek.az, “Facebook” səhifəsindən və “YouTube” kanalından əldə etmək olar.

Elm və təhsil 2019-10-08 12:30:00