Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ucarda 14 min hektarda taxıl əkilməsi proqnozlaşdırılır

Ucar, 8 oktyabr, AZƏRTAC

Ucar rayonunda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıqla başlanıb və artıq qısa vaxtda 2700 hektarda səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda bütün ərazilərdə arpa səpilir. Hər gün sahələrə 15-dək səpin aqreqatı çıxarılır. Daha 15 səpin aqreqatı hazır vəziyyətdədir. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkiləcək Bərgüşad, Xələc, Təzə Şilyan, Qaradağlı və digər bir sıra ərazi dairələrində bu mühüm kampaniyaya daha mütəşəkkil hazırlıqlar başlanılıb.
Qeyd edək ki, Ucar rayonunda gələn ilin məhsulu üçün 14 min hektardan çox sahədə payızlıq taxıl səpini nəzərdə tutulur.

Kənd təsərrüfatı 2019-10-08 12:01:00