Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

KOB-lar Təhsil və Karyera sərgilərində iştirak edəcək

Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə mikro və kiçik sahibkarların oktyabrın 10-12-də Bakı Sərgi Mərkəzində keçiriləcək XIII Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgilərində iştirakına dəstək göstərəcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində təhsil sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini təqdim edəcəklər.
Qeyd edək ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi olaraq dəstək göstərir. İndiyədək KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar Qida Sənayesi, Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar, Hədiyyələr və Promo Məhsulları sərgilərində, "Organic Food Festivalı 2019"da və digər sərgilərdə iştirak ediblər.

Elm və təhsil 2019-10-08 11:44:00