×
A
A
A
Sazlamalar

“Azəriqaz”: Səkkiz kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri başa çatıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Səkkiz kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri tam başa çatıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, yaxın vaxtlarda açılışı gözlənilən qazlaşdırılmış yaşayış məntəqələrinin və massivlərinin adları məlum olub. Belə ki, hazırda tikinti-quraşdırma işləri tamamlanmış 3 şəhər və 6 rayon üzrə 8 kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri tam başa çatıb. Gəncə şəhəri S.Qazıyeva küçəsində, Məhsəti qəsəbəsindəki yeni yaşayış massivlərində, Lənkəran şəhərində yeni massivdə, Cəlilabad şəhəri Səttərxan küçəsindəki yeni yaşayış massivində, Ağdaş rayonu Yuxarı Ləki kəndində yeni yaşayış massivində, Göyçay rayonunun Mollahacılı kəndində, Şamaxı rayonunda yeni yaşayış massivində, İsmayıllı rayonunun Zeyvə, Soltankənd, Qalgah və Uştal kəndlərində, Quba rayonunun Atuc və Xırt kəndlərində, eləcə də Lerik rayonunun Peştətük kəndində yaxın vaxtlarda qaz açılışları baş tutacaq.

Neft - qaz 2019-10-08 11:32:00