×
A
A
A
Sazlamalar

“Digital Youth Hub” layihəsinin təqdimatı olub

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Bakı Gənclər Mərkəzinin tərəfdaşlığı ilə “Digital Youth Hub” layihəsinin təqdimatı olub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihə gənclərin rəqəmsal marketinq sahəsində dövlət və özəl qurumların tələblərinə uyğun şəkildə yetişməsini və əmək bazarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Layihədə iştirak üçün 500-dən artıq gənc müraciət edib. Çoxmərhələli seçim prosedurunun sonunda 54 gənc müəyyən edilib. Həmin gənclər üç ay ərzində nəzəri və praktiki cəhətdən rəqəmsal marketinqin sirlərinə yiyələnəcək.
“Digital Youth Hub” layihəsinin nəzəri hissəsində 20 mövzuda təlim keçiriləcək. Sonra iştirakçılar dövlət və özəl qurumlarda iki həftə ərzində təcrübə prosesində iştirak edəcəklər. Yekunda gənclər iştirak edəcəkləri komandalarla birlikdə kampaniya hazırlayaraq təqdim edəcəklər. Beləliklə, prosesin bütün mərhələlərində iştirak edən gənclər əmək bazarında dövlət və özəl qurumların tələbləri səviyyəsində bilik və bacarıqlarını artıracaqlar.

Sosial 2019-10-07 19:13:00