Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Daha 15 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

Bakı, 7 oktyabr, AZƏRTAC

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı bu həftə Şabran, Qusar, Xaçmaz, Masallı, Cəlilabad, Zaqatala, Qax, Oğuz, Qəbələ, Goranboy, Beyləqan, Füzuli, Saatlı və İmişli rayonlarında baş tutacaq. Oktyabrın 8-də Şabranın Gəndob, Zaqatalanın Danaçı, Goranboyun Gülzarlar, oktyabrın 9-da Qusarın Şirvanovka, Qaxın Qaradolaq, Beyləqanın Aşqarlar, oktyabrın 10-da Xaçmazın Dədəli, Oğuzun Yaqublu, Füzulinin Kürdmahmudlu, oktyabrın 11-də Masallının Viləş, Qəbələnin Çuxur Qəbələ, Saatlının Nəsimikənd, oktyabrın 12-də Cəlilabadın Alqasımlı, Qəbələnin Bunud, İmişlinin Aranlı kəndlərində təşkil ediləcək.
Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün “1652” Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Kənd təsərrüfatı 2019-10-07 18:56:00