Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Güllə atıcılığı üzrə Salyan birinciliyi başa çatıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Salyan Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Salyan rayon 2 saylı tam orta məktəbin atıcılıq tirində pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, yarışda yeniyetmələr, kişilər və qadınlar birincilik uğrunda mübarizə aparıblar.
Kişilərin yarışında Saday Tağıyev bütün rəqiblərini qabaqlayaraq birinci olub. Nural Soltanov yarışı ikinci, Coşqun Eyvazov isə üçüncü pillədə başa vurublar.
Qadınlar arasında Zərifə Əhmədli qızıl, Təranə Məmmədova gümüş, Günay Cəfərova isə bürünc medal qazanıblar.
Yeniyetmələrin mübarizəsində Ülvi Əzizov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü Daşqın və Cəsarət Eyvazlılar tamamlayıblar.
Qalib və yüksək göstəriciləri ilə fərqlənən idmançılar Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

İdman 2019-10-07 18:46:00